Siyasət

2024-cü il üçün dölət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması nəzərdə tutulur

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun lğayihəsini Milli Məclisə təqdim edib. Sənədin layihəsi Milli Məclisin rəsmi saytında oktyabrın 17-də ictimai müzakirə üçün təqdim edilib.

Qanun layihəsinə görə, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000 min manat, xərcləri 36 763 000 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895 min manat, yerli gəlirləri 773 105 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547 min manat, yerli xərcləri 782 453 min manat) məbləğindədir.

Sənəddə 2024-cü ilin dövlət büdcəsindən xarici yardımlar üçün 80 milyon manat, seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 935 344 manat ayrılması nəzərdə tutulub.

Büdcə layihəsinə görə, müdafiə və milli təhlükəsizlik xərcləri üçün 6 421 047 420 manat, müdafiə qüvvələrinə 2 465 552 086 manat, milli təhlükəsizlik üçün 413 410 402 manat, sərhəd xidməti üçün 487 698 516 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 5 132 430 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 3 049 253 986 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 3 000 000 000 manat ayrılacaq.

2024-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3 825 000 000 manat ayrılacaq.

Bənzər yazılar

Back to top button