DünyaSiyasət

Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması barədə xəbərlər yalandır (RƏSMİ)

Pakistanın Azərbaycandakı səfirliyi yerli KİV-də Pakistan və Ermənistan arasında diplomatik əlaqələrin qurulması barədə yayılan məlumatlara münasibət bildirib.

Diplomatik nümayəndəlikdən Qaynarinfo-ya verilən məlumata görə, Pakistanın bu məsələdəki mövqeyi dəyişməzdir.

“Bir daha qeyd edirik ki, Pakistanın Ermənistanı tanımaq məsələsində mövqeyi dəyişməzdir. KİV-də yanvarın 10-da dərc olunan bu yazının heç bir əsası yoxdur”, – səfirliyin açıqlamasında deyilir.

Bənzər yazılar

Back to top button