İdman

Alonso “Barselona”nın bu planını pozur – Xavi “satın” dedi

“Barselona” ispan müdafiəçisi Markos Alonsonu satmağa hazırlaşır.

Fanat.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Alonsonun müqaviləsi “Barselona”nın mövsüm üçün bir sıra oyunçuları qeydiyyatdan keçirməsinə mane olur. Komandanın baş məşqçisi Xavi ispan cinah müdafiəçisini itirmək istəməsə də, digər oyunçuların qeydiyyatı naminə onu qurban verməyə hazırdır.

32 yaşlı Markos Alonso ötən yay “Barselona”ya keçib. O, keçən mövsüm Kataloniya klubunun heyətində bütün yarışlarda 37 matça çıxaraq 3 qol vurub.

Bənzər yazılar

Back to top button