CəmiyyətGündəm

“İdrak” liseyində ölkəmizdə ilk dəfə təşkil olunan “Bilik” sərgisi

Sumqayıt İdrak Liseyində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Bilik” sərgisi keçirilib.

Tədbir iştirakçıları məktəblilərin dərs ili ərzində müxtəlif fənlərdən aldıqları biliklər əsasında hazırladıqları təqdimatlarla tanış olublar. Şagirdlər vulkan püskürməsi, buludun yaranması kimi təbiət hadisələrini əyani şəkildə nümayiş etdirməklə yanaşı, süddə zülalların təyini, qida piramidası, köpüklü reaksiya, ağciyərlərin işləmə mexanizmi, üçbucağın ağırlıq mərkəzi, qızıl kəsim, ədədlərin sirri və s. haqqında biliklərini praktiki şəkildə nümayiş etdiriblər.

Azərbaycan dövlət himni ilə başlanan tədbirdə sərginin məqsəd və əhəmiyyətindən danışan İdrak liseyinin təsisçisi, professor Mönsüm Alışov bildirib ki, məktəblilərin iştirakı ilə belə bir sərgi ölkəmizdə ilk dəfə təşkil olunur. Adətən belə sərgilər universitetlərdə, elmi toplantılarda baş tutur. Sərgi liseyin şagirdlərinə tədris proqramlarını daha dərindən mənimsətmək və öyrəndiklərini təcrübə ilə dəstəkləmək imkanı yaradır. M. Alışov sərginin təşkilində əməyi olan Sumqayıt İdrak liseyinin kollektivinə, xüsusilə liseyin təlim tədris üzrə direktor müavini Sevda Butayevaya təşəkkür etdi.

Sərgidə iştirak edən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilli aparatının mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov da tədbiri yüksək qiymətləndirərək sərginin şagirdlərdə elmə və təhsilə maraq yaradacağını vurğuladı.

Sumqayıt İdrak liseyinin direktoru Xanım Alışova da tədbirin məktəblilərin bacarıqlarının inkişafına, onlarda özünəinamın formalaşmasına, biliklərinin tətbiqininə xidmət etdiyini bildirib.
Sərgi məktəblilərin çəkdikləri rəsmlər və ifa etdikləri rəqslərlə müşayiət olundu.

Fərqlənən məktəblilər mükafatlandırıldı.

Bənzər yazılar

Back to top button