Cəmiyyət

Dağlara qar yağacaq

Noyabrın 11-də Bakıda və Abşeronda əsasən yağıntı olmayacaq, gündüz bəzi yerlərdə yağış yağacaq, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə müsbət 9+11, gündüz müsbət 12+14 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı gözlənilir.

Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu gecə müsbət 5+9, gündüz müsbət 12+16 dərəcə olacaq.

Dağlarda gecə mənfi 2 dərəcədən müsbət 3 dərəcəyədək, gündüz müsbət 3+ 7 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button