İdman

“Real” Yoviçlə bağlı qərarını verdi

“Real” hücumçu Luka Yoviçlə yolları ayırmağı planlaşdırmır.

Fanat.Az xəbər verir ki, “Real” mövsümün sonunda Yoviçin göndəriləcəyinə dair çıxan iddiaları təkzib edib. Bu barədə klub daxilindəki mənbə “As”a məlumat verib:

“Luka futbolçu kimi inkişaf prosesini davam etdirmək üçün ideal yaşdadı. Klubla 2025-ci ilə kimi müqaviləsi var və bizim onunla bağlı planlarımız var.

Debüt mövsümündə yeni ölkəyə, dilə və mədəniyyətə uyğunlaşmaq asan deyil. Amma Lukanın potensialı bizə bəllidi və heç kim onun bacarıqlarına şübhə ilə yanaşmır.

O, “Real”ın icazəsi olmadan hərəkət etməyib. Serbiya polisi Lukanın ölkəyə gedişi barədə məlumatlandırılmışdı. Onun karantin qaydalarını pozması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Sadəcə, qarışqadan fil düzəltmişdilər”.

Daha əvvəl “Real”ın Erlinq Holann qarşılığında Luka Yoviçi “Borussiya”ya göndərəcəyi iddia olunmuşdu.

Bənzər yazılar

Back to top button