Siyasət

«Əliyevin ərazi iddiaları narahatlıq dogurur” – Josep Borrell

“Prezident Əliyevin son ərazi iddiaları böyük narahatlıq doğurur. Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir və Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”.

Bunu bazar ertəsi axşam Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Brusseldə deyib.

O, Aİ Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında çıxış edərək bildirib ki, Aİ üzvü olan ölkələr hesab edir ki, Azərbaycan Ermənistanla substantiv danışıqlara və münasibətlərin normallaşmasına qayıtmalıdır.

O, həmçinin qeyd edib ki, Aİ ölkələri diplomatları qovulmuş (Azərbaycandan) Fransa ilə həmrəylik ifadə edir.(Turan)

Bənzər yazılar

Back to top button