Bizim seçimCəmiyyətHadisə

Alimlərdən araşdırma – Qan qrupu xəstəliklərə meyliliyə təsir edir

Elmdə çoxdan sübut olunub ki, qan qrupu ilə insan sağlamlığı arasında müəyyən əlaqə var.

Modern.az xəbər verir ki, bir sıra elmi araşdırmalar sübut edib ki, 1-ci qan qrupu olan insanlarda mədə-bağırsaq sistemi xəstəliklərinə digər qruplarla müqayisədə daha tez-tez təsadüf edilir.

Digər tərəfdən 1-ci qan qrupu olanlarda ürək-damar sistemi xəstəlikləri, damarlarda trombların əmələ gəlməsi və infarktın riski digər qruplarla müqayisədə daha azdır. Ürək-damar sistemi xəstəlikləri ölüm səbəblər arasında bütün dünyada birinci yer tutur. Bu səbəbdən daha möhkəm ürək-damar sistemi ilə seçilən 1-ci qan qrupu nümayəndələri adətən daha çox yaşayır və onların arasında uzunömürlülərin sayı daha çoxdur.

2-ci qan qrupu olanlarda ateroskleroz xəstəliyi, süd vəzi və ağ ciyər xərçəngi riski daha çoxdur. Bu qan qrupu olan insanlarda həmçinin qanın laxtalanma sistemi ilə bağlı olan xəstəliklərinə də tez-tez təsadüf edilir.

3-cü qan qrupu olan insanlar digər qan qrupları ilə müqayisədə urogenital infeksiyalara daha çox meyllidir.

Amerika nevrologiya akademiyası jurnalında dərc olunmuş məqalədə qeyd olunur ki, 4-cü qan qrupu olan insanlarda demensiya, beyinin degenerativ xəstəlikləri, yaddaş və təfəkkür zəifləməsi kimi pozulmalara daha tez-tez təsadüf edilir.

Bənzər yazılar

Back to top button