İdman

PSJ Osimhen üçün rekord məbləğ təklif etdi – “Napoli” satacaq?

PSJ “Napoli”nin hücumçusu Viktor Osimhen üçün transfer məbləğini artırıb.

Fanat.az “İl Mattino” nəşrinə istinadən xəbər verir ki, parislilər qarşı tərəfə 110 milyon avro təklif edib.

Ancaq bu təklif də rədd ediləcək. Çünki daha əvvəl Neapol klubunun prezidenti Aurelio De Laurentis parislilərdən qat-qat böyük məbləğ – 200 milyon avro gözlədiyini bildirib.

Nigeriyalının “adzurri” ilə müqaviləsinin müddətinin başa çatmasına hələ 2 il qalıb. Klub futbolçunu satmağa ehtiyac olmadığını bildirib.

24 yaşlı forvard ötən mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 31 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bənzər yazılar

Back to top button