Dünya

Ermənistanda keçmiş deputat sui-qəsdə məruz qaldı – Avtomobilinə qubmbara atdılar

Ermənistanın keçmiş deputatı Miqran Akopyana məxsus avtomobilin altına qumbara atılıb.

Hit.az erməni KİV-inə istinadən xəbər verir ki, partlayış nəticəsində Akopyanın və qonşusunun avtomobili, həmçinin yaxınlıqdakı evin fasadı zədələnib. Ölən və yaralanan yoxdur.

Akopyan deyib ki, baş tutmamış sui-qəsd onun ictimai-siyasi fəaliyyəti ilə əlaqəlidir. “Məni qorxutmağa, susdurmağa cəhd edirlər. Amma buna müvəffəq ola bilməyəcəklər”, – deyə keçmiş deputat vurğulayıb.

Miqran Akopyan “Kvartet Media” şirkətinin həmtəsisçisi, keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi “Şərəf duyuram” seçki blokunun fəallarındandır. Akopyan 2017-ci ilin aprelindən 2018-ci ilin dekabrınadək deputat olub.

Bənzər yazılar

Back to top button