DünyaGündəm

FETÖ-nün yuxu yalanı: “Allah hoca əfəndini çox sevir”

Türkiyədə istintaq FETÖ-nün (Fətullahçı Terror Qruplaşması) chat proqramı olan “ByLock”a aid bəzi mesajların şifrələrini açıb.

AzToday.Az xəbər verir ki, qruplaşmanın əsas fiqurlarından hesab edilən, hazırda axtarışda olan eks prokuror Zəkəriyyə Öz Türkiyədə olan FETÖ tərəfdarlarını “yuxu” ilə aldadır.

Zəkəriyyə Öz 2015-ci il sentyabrın 29-da FETÖ üzvlərindən birinə belə bir mesaj yazıb: “Gecə yuxuda namaz qılamq üçün yer axtarırdım. Yolda bir YDM-nin qarşısında dayandıq. Yanımda olanlar məscidi görə bilmədilər. Cəlilə bax dedim. O, biraz sonra gəldi, “Əfəndimizi (peyğəmbəri-red) gördüm. Məsciddə gözləyirdi” dedi. Təəccüblənmişdi.”

Öz 2016-cı il 5 fevral tarixdə yazdığı mesajda isə bir dostunun həyat yoldaşının gördüyü yuxudan danışır: “Yuxuda qiyamət qopmuşdu. Hamımız məhşərə gedirdik. Amma əfəndimizin ümmətində digər ümətlərə görə fərqli bir vəziyyət vardı. Peyğəmbərimiz öndə idi, yanında hoca əfəndi (Fətullah Gülən-red) vardı. Əfəndimiz ümmətinə müraciət edərək belə deyirdi: Allah hoca əfəndinin tərəfdarlarını hoca əfəndi ilə birlikdə hüzuruna dəvət edəcək. Allah hoca əfəndini çox sevir. Bu səbəbdən də onun izindən gedənlərə üstünlük verdi.”

Haber7.com

Bənzər yazılar

Back to top button