GündəmHadisəManşet

Livanda baş verən güclü partlayış Mübariz Mənsimovun gəmisinə ziyan vurdu (FOTO)

Livanın paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış nəticəsində həmin vaxt Beyrut limanında “Palmali Holding”ə məxsus “Kapitan Nagdaliyev” gəmisi də olub.

AzToday.az xəbər verir ki, bu barədə “Palmali Holding”in mətbuat katibi Fidan Quliyeva məlumat yayıb.

Onun sözlərinə görə, “Palmali” şirkətinə məxsus gəminin heyət üzvləri arasında xəsarət alan, yaxud ölənlər yoxdur:

“Bununla belə güclü partlayış nəticəsində gəmiyə az da olsa, ziyan dəyib. Verilən məlumata əsasən, “Kapitan Nagdaliyev” gəmisinin 12 heyət üzvü sahilə çıxarılıb.

“Palmali” şirkəti gəminin heyəti ilə mütəmadi olaraq əlaqə saxlayır”.

Partlayışın görüntülərini təqdim edirik:

Bənzər yazılar

Back to top button