İdman

İtkin futbolçunun keçmiş sevgilisindən şok iddia: “Bədbəxt hadisə deyil…”

Fransadan Britaniyaya uçarkən təyyarəsi yoxa çıxan Emiliano Salanın keçmiş sevgilisi hadisə ilə bağlı mafiyanı ittiham edib.

Fanat.Az xəbər verir ki, model Berenis Şkeyr bunun bədbəxt hadisə olmadığını, arxasında mafiyanın dayandığını bildirib.

27 yaşlı gözəl hüquq-mühafizə orqanlarını futbol mafiyasını araşdırmağa çağırıb: “Mən bu qəzaya inanmıram. Xahiş edirəm, bunu araşdırın. İstəyirəm ki, səhər oyanım və bunun bir yalan olduğunu desinlər”.

Qeyd edək ki, Fransanın “Nant” klubundan “Kardiff Siti”yə transfer olunan Emiliano Sala yanvarın 21-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına 1,5 saat qalmış radardan itib.

Bu arada itmiş təyyarənin axtarışlarına son verilib. Polis sözügedən təyyarə ilə bağlı axtarış fəaliyyətinə son verildiyini və ordakı sərnişinlərin yaşama ehtimalının çox az olduğunu bildirib.

Açıqlamada təxminən 4500 kvadratkilometr məsafədə axtarış edildiyi, cib telefonlarının və peyk görüntülərinin incələndiyi ancaq sərnişinlərdən heç kimin izinə rast gəlinmədiyi bildirilib.

Bənzər yazılar

Back to top button