Bizim seçimHadisəİqtisadiyyat

“Xəzər Waterfront”-da nə baş verir?

Son illər Azərbaycanda, xüsusən də Bakı şəhərində dünyanın memarlıq incilərindən sayılacaq möhtəşəm layihələr inşa edilməkdədir. Bu cür tikinti layihələrindən biri də “Xəzər Waterfront” əyləncə və ticarət mərkəzidir.

Milli Dənizkənarı Parkda – Bakı İdman Sarayının yaxınlığında 2014-cü ildə 3.5 hektar ərazidə tikintisinə başlanılan layihənin 2016-cı ildə yekunlaşacağı planlaşdırıldırdı.

Ancaq “Xəzər Waterfront”-un inşasının başlanmasından 4 il ötməyinə baxmayaraq tikinti hələ də yekunlaşmayıb.

Podratçıların naşılığı yoxsa …

“Xəzər Waterfront” “Sydney Opera House” həndəsi formalı olmaqla, Azərbaycanın milli emblemi olan səkkizguşəli ulduz içində alov görüntüsündədir.

İncə memarlıq üslubuna malik olan ticarət mərkəzində işlərin yüksək keyfiyyətdə aparılmasına baxmayaraq, burada fəaliyyət göstərən bəzi podratçı şirkətlərin fəaliyyəti heç də tələb olunan səviyyədə deyil.

Hələ 2016-cı ilin mart ayının 28-də gecə “Xəzər Waterfront”da səhlənkarlıq ucbatından yanğın hadisəsi baş vermişdi.

O vaxt elektrik naqillərinin qısa qapanması nəticəsində 80 kv.metr ərazidə taxta və digər tullantı materiallları yanmış, nəticədə orada mühafizəçi işləyən 1993-cü il təvəllüdlü Masallı rayon sakini Siruddinli Fuad Nurəddin oğlu zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə aparılmışdı.

2 ildən sonra tikinti yekunlaşmayan “Xəzər Waterfront” yenidən mətbuatın gündəminə gəlib.

“Xəzər Waterfront”da fəhlələrin pulu geçikir, yoxsa kəsilir?

Bu cür iddia bir sıra yerli saytlarda yayımlanan xəbərdə yer alıb.

Məlumata görə “Xəzər Waterfront” layihəsinin tikintisi ilə məşğul olan şirkətlərdən biri – “Fair Group” layihədən kənarlaşdırılıb.

İddiaya görə “Fair Group”-un layihədən kənarlaşdırılmasına səbəb işin vaxtında başa çatdırılmaması olub.

“Fair Group” şirkətini tanıyaq

“Fair Group” şirkəti 2016-cı ildə yaradılıb.

Şirkətin nizamnamə kapitalı 10 manatdır.

Azərbaycanda yaradılmasına və fəaliyyət göstərməsinə baxmayaraq şirkətin rəsmi saytı – http://fairgroup.az/ saytında Azərbaycan dilində heç bir məlumat verilmir.

Sayt yalnız ingilis dilində fəaliyyət göstərir.

İddialara görə “Fair Group” şirkətinin “Xəzər Waterfront” layihəsindən kənarlaşdırılmasının digər səbəbi işlərin keyfiyyətsiz aparılmasıdır.

“Fair Group” şirkətinin “Xəzər Waterfront” layihəsində qaynaq işləri apardığı deyilir.

“Fair Group” şirkəti məsələyə münasibət bildirməyib.

Qlobal.az

Bənzər yazılar

Back to top button