Dünya

Şahzadə Sofiya həkimlərə kömək üçün tibb bacısı kimi işə düzəldi

Kral Karl XVI Qustavın oğlu Karl Filip ilə evlənən İsveç şahzadəsi Sofiya SARS-CoV-2 pandemiyası zamanı tibb bacıları üçün üç günlük təlim kursunda iştirak edib.

Qaynarinfo xəbər verir ki, təlim kursunda iştirak etdikdən sonra Stokholmdakı bir klinika onu işə götürüb.

“Daily Mail” yazıb ki, şahzadə karlın həyat yoldaşı, keçmiş model və TV aparıcısının niyyəti COVID-19 xəstələrinin çoxluğuna görə məşğul olan həkimlərə kömək etməkdir.

Qeyd edək ki, İsveç dünyanın əksər ölkələrindən fərqli olaraq, koronavirus səbəbiylə sərt karantin rejiminə keçməyib. Hakimiyyət bu yolla iqtisadiyyatı xilas edəcəyinə ümid edir.

Hazırda 12,5 mindən çox isveçli virusa yoluxub. COVID-19 qurbanlarının sayı 1,3 min nəfərdir.

Bənzər yazılar

Back to top button