İdman

“Problem bizdə deyil, “Liverpul”dadır” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının Premyer Liqadakı çıxışı haqda danışıb.

Qol.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Marca”ya açıqlamasında deyib ki, əsas problemləri Premyer Liqada “Liverpul” kimi rəqiblərinin olmasıdır:

“La Liqanın lideri olan “Barselona”dan cəmi 1 xal arxadayıq. Problem ondadır ki, bizim çempionatda 17 oyundan 16-da qalib gələn və bir heç-heçə edən komanda var – “Liverpul”. Onları təbrik edirəm. Matçlarda uduzub, xal itiririk, amma heç vaxt oyun üslubumuza xəyanət etmirik”.

Qeyd edək ki, “şəhərlilər” hazırda Premyer Liqanın turnir cədvəlində 38 xalla 3-cü pillədədir. Lider “Liverpul”un isə 49 xalı var.

Bənzər yazılar

Back to top button