Digər

Vilyam Hacıyevin və Əhməd Əhmədzadənin Nizami Məmmədovu qorumaları təsadüf deyil –VİDEO, FOTO

Azərbaycan Prezidentinin: “Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi, bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr – bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına aiddir, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir” – deməsinə rəğmən, İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov mart ayının 8-də 50 illik yubileyini paytaxtın ən prestijli restoranlarından birində, “ALTUN” sarayda, şou-biznes nümayəndələrinin iştirakı ilə qeyd edib.

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Prezident iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovu qorumaqda hələ də israrlı görünürlər. Rayondakı mənbənin verdiyi məlumata görə hər iki şəxsin idarə rəisini qorumaqda israrlı olmaları təsadüfi deyil. Məlumatı verən mənbə əlavə olaraq qeyd etdi ki, İmişli Suvarma Sistemləri idarəsində baş verən “proseslər” istər Vilyam Hacıyev, istərsə də Əhməd Əhmədzadə üçün İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovu hər iki şəxs əvəzolunmaza çevirib. İmişli Suvarma Sistemləri idarəsinin vazkeçilməz rəisi ilə bağlı isə jurnalist araşdırmalarımız davam edir. Xatırladaq ki, bu ilin mart ayının 8-də 50 illik yubileyini Azərbaycan Prezidentinin: “Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi, bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr – bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına aiddir, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir” – deməsinə rəğmən, İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov paytaxtın ən prestijli restoranlarından birində, “ALTUN” sarayda, şou-biznes nümayəndələrinin iştirakı ilə qeyd etmişdi. İmişli Suvarma Sistemləri idarəsinin rəisinin yaxınları ilə bağlı araşdrmalarımız zamanı maraqlı foto və video görüntülər əldə etdik. Həmin görüntülərdə Nizami Məmmədovun Azərbaycan Kooperasiya Universitetində təhsil alan tələbə oğlu Sabir Məmmədlinin gecə həyatı, o cümlədən “peşəkar” avtoşluğu əks olunur.

Belə ki, gününü ərəb şahzadələrinin yaşam tərzi kimi əyləncələrdə keçirən rəis oğlu sən demə sözün əsl mənasında ətirli qəlyan aludəçisi imiş. Bahalı spirtli içkiləri, brend saatları və bahalı avtomobilləri də sevən İmişli Suvarma Sistemləri idarəsinin rəisinin oğlunun eyni zamanda çoxlu qız “fanatlarıda” var.

Kooperasiya Universitetinin tələbəsinin rəis atasının kapitalı hesabına təşkil etdiyi kef məclislərindən çəkilən foto və videoları zaman – zaman dəyərli oxuculara təqdim edəcəyik. Əslində həmin video və fotolar İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun sadəcə görünməyən, lakin real yaşamını əks etdirən tərəfidir. Görəsən bundan sonra da İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov İmişli İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadə üçün vazkeçilməzliyini qoruya biləcəkmi? Axı cənab Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda belə söyləmişdi: …Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır – özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Bizim media olaraq yazılı və ya elektron KİV-dən izləyərək unutmadığımız həmin çıxışı canlı izləyən İcra Başçısı və ASC sədri nədən unutsun ki? Və ya hansı NÜANS bu unutqanlığa səbəb olub?
Araşdırmalarımız davam edir.
Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
Xeberdar.net

Bənzər yazılar

Back to top button