Bizim seçimHadisə

Bakıda daha bir icra başçısı yola salınır: Arif Qasımovu Rasim Məmmədovun taleyi gözləyir

Yeni ildə vəzifəsindən uzaqlaşdırılacaq daha bir icra başçısın adı məlum olub.

Aztoday.az-a verilən məlumata görə, bu, Nizami rayonunun icra başçısı Arif Qasımovdur.

Məlumatda deyilir ki, Arif Qasımovun fəaliyyəti qənaətbəxş olmayıb və preizdentin etimadını doğrultmayıb.

Mənbə deyir ki, A. Qasımovla bağlı şikayətlər də çoxdur. Belə ki, Nizami rayonuna təyinatından sonra adı əsasən də ağacların qırılması, yaşıllıqların məhv edilməsi və yerində obyektlərin tikilməsi ilə gündəmə gələn Qasımovla bağlı bütün aidiyyatı qurumların da rəyi mənfidir.

Ona görə də onun yaxın zamanlarda vəzifəsindən uzaqlaşdırılması gözlənilir.

Rayonda ekoloji durum o həddə olub ki, cari ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nizami rayonunda bir neçə dəfə yoxlama aparıb. Belə ki, rayonun Qara Qarayev prospektində ağacların kəsilməsi faktı ilə bağlı araşdırmalar ciddi müzakirəyə səbəb olub.

Hətta durum o qədər ağır olub ki, Qara Qarayev 30/42, Qara Qarayev 34/67 ünvanlarında ağacların qırıldığı əraziyə gələn ETSN-in mütəxəssisləri nəticələri nazirlikdə də müzakirə ediblər və bu barədə Prezident Adminstrasiyasına məlumat veriblər. Bundan sonra Qara Qarayev 30/42, Qara Qarayev 34/67 ünvanlarında aparılan tikinti dayandırılıb.

Həmçinin “Laçın” Ticarət Mərkəzi ilə “8-ci km” bazarının, həmçinin Nizami Rayon İcra Hakimiyyəti ilə “8-ci km” bazarının arasındakı böyük yaşıllıqlar məhv edilib, ərazidə böyük ticarət obyekti inşa edilib.

Nizami rayonunun icra başçısı Arif Qasımov isə sözügedən ərazidə ağacların qırılması və yerində obyektlərin tikilməsi ilə bağlı xəbərə reaksiya verib. O, mətbuata açıqlamasında ağacların qırıldığı ərazidə ucaldılmış hasarların söküləcəyini deyib. Amma bu açıqlamadan sonra da nəticə dəyişməyib.

Bütün bu kimi hallar və rayondakı məmur özbaşınalığı ciddi narazılıqlar yaradıb. Bu da Arif Qasımovun fəaliyyətinin mənfi nəticəsi kimi qiymətləndirilib.

Xatırladaq ki, bir neçə gün öncə Xətai rayonunun icra başçısı Razim Məmmədov vəzifəsindən çıxarılıb. Onun artıq istintaqa cəlb edildiyi deyilir.

“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Razim Məmmədov əmisi oğlu, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləmiş Xalid Məmmədovun cinayət işinin araşdırılması zamanı toplanmış materiallarla bağlı sorğu-sual olunur.

Arif Qasımovun da belə bir aqibətlə üzləşəcəyi istisna edilmir.

Bənzər yazılar

Back to top button