GündəmManşetSiyasət

Paşinyan və Əliyev oktyabrın 5-də Qranadada görüşəcək

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də İspaniyanın Qranada şəhərində danışıqlar aparacaq. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının məlumatında deyilir.

Görüşdən əvvəl, sentyabrın 26-da Brüsseldə iki ölkənin nümayəndələri arasında məsləhətləşmələr keçiriləcək. Ermənistan tərəfdən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Azərbaycan tərəfdən isə Prezidentin köməkçisi Hikmət Hacıyev iştirak edəcək.

Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Fransa prezidenti Emmanuel Makronun müşavirləri, Almaniya kansleri Olaf Şolz və Avropa Şurasının prezidenti Şarl Mişellə də danışıqlar aparacaq.

Həmin günlərdə Qranadada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.

Rəsmi Bakı Qriqoryanla Hacıyev arasında gözlənilən görüş barədə məlumat verməyib.(Turan)

Bənzər yazılar

Back to top button