Bizim seçimGündəmSiyasət

Mehman Hüseynovun atası aclığa qoşulmaq niyyətindədir

Bloger Mehman Hüseynovun atası, 66 yaşlı Rafiq Hüseynov oğluna dəstək üçün aclıq aksiyasına qoşulmaq niyyətindədir.

“Məni oğlumla görüşdürmürlər. Hazırda 41 dərəcə qızdırmam var. Buna baxmayaraq, yanvarın 6-da bir daha 1 saylı Bakı İstintaq Təcridxanasına gedəcəyəm. Oğlumun vəziyyəti məni çox narahat edir. Sabah məni onunla görüşdürməsələr, aclığa başlayacağam”, deyə Rafiq Hüseynov Turan-a bildirib.

Xatırladaq ki, bloger özü dekabrın 26-da həbsxanada ona qarşı yeni uydurma cinayət işinə xitam verilməsi tələbi ilə aclığa başlayıb.

Müsavat Partiyasının İdarə Heyətinin üzvü Tofiq Yaqublu, hüquq müdafiəçisi Elşən Həsənov və AXCP fəalı Tofiq Məmmədli də onunla həmrəylik əlaməti olaraq aclıq aksiyasına başlayıb.

Bənzər yazılar

Back to top button