Dünya

İranlı nazir bu axşam Türkiyəyə səfər edəcək

İran İslam respublikasının xarici işlər naziri Cavad Zərifi Türkiyəyə səfər edəcək.

AzToday.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda, səfərin bu axşam baş tutacağı, Zərifinin türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşəcəyi bildirilib.

Görüş zamanı hər iki nazirin, başda Qətər böhranı olmaqla regional məsələlər ətrafında fikir mübadiləsi edəcəyi qeyd edilib.

Bənzər yazılar

Back to top button