Siyasət

Rəsul Cəfərov alacağı 57400 min manatı nəyə xərcləyəcək?

“Həm İlqar Məmmədov, həm də mənim seçkilərdə iştirak hüququmuz bərpa olundu”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Rəsul Cəfərov Ali Məhkəmənin qərarından danışarkən deyib.

O qeyd edib ki, boş qalan dairələrə keçirilən seçkilərdə iştirak edib-etməməklə bağlı qərar partiyada müzakirə olunandan sonra verilə bilər:

“İlqar Məmmədov sosial şəbəkədə siyasi dialoq daxilində müəyyən təmasların olduğunu qeyd etmişdi. Bu baxımdan bizdə müəyyən gözləntilər yaranmışdı. Amma əlbəttə ki, yekun qərarın necə olacağını bilmək üçün bu günü gözləmək lazım idi. Ona görə bu gün məhkəmə prosesinə getdik və qərar belə verildi”.

Rəsul Cəfərov Ali Məhkəmənin qərarı ilə ona ödəniləcək 57400 min manat kompensasiyadan da danışdı:

“Bu pulu xərcləmək üçün problemim çoxdur. Ailəliyəm, ev qayğıları, xərcləri. Kompensasiyanı əsasən bu istiqamətdə xərcləyəcəm”.

Qeyd edək ki, Ali Məhkəmənin Plenumunun qərarı ilə İlqar Məmmədov və Rəsul Cəfərovun təqsirliyi barədə ittiham hökmləri ləğv edilib. Məhkəmə şəxslərə dəyən mənəvi zərərə görə Rəsul Cəfərova 57400, İlqar Məmmədova isə 234 min manat kompensasiya təyin edib.

Bənzər yazılar

Back to top button