İdman

Səudiyyə Ərəbistanında çıxış edən ən bahalı oyunçular açıqlandı – Nə Ronaldu “10-luğ”a düşdü, nə də Benzema

“Transfermarkt” portalı Səudiyyə Ərəbistanında çıxış edən ən bahalı futbolçuların adlarını açıqlayıb.

Fanat.az xəbər verir ki, birinci pillədə 50 milyon avro “Əl-Hial”ın braziliyalı ulduzu Neymar mövqe tutub.

“Əl-Hilal”ın digər futbolçuları – Ruben Neveşlə Sergey Milinkoviç-Saviç (hər ikisi 40 milyon avro) 2-3-cü yerləri bölüşdürürlər.

“Əl-İttihad”dan Fabinyo (38 milyon avro), “Əl-Nəsr”dən Otavio (35 milyon avro), “Əl-Əhli”dən Qabriel Veyqa (30 milyon avro), “Əl-Hilal”dan Malkom (30 milyon avro), “Əl-Əhli”dən Rojer İbanyes (28 milyon avro), “Əl-Hilal”dan Aleksandr Mitroviç (28 milyon avro), “Əl-Nəsr”dən Aymerik Laport (25 milyon avro) növbəti sıralarda qərarlaşıblar.

11-ci yerdə göstərilən “Əl-Nəsr”in seneqallı vingeri Sadio Manenin də qiyməti 25 milyon avrodur.

“Əl-İttihad”dan Kərim Benzema və “Əl-Nəsr”dən Kriştianu Ronaldu 15 milyon avro ilə dəyərləndirildikləri üçün “10-luğ”a düşməyiblər.

Bənzər yazılar

Back to top button