Siyasət

Putin Azərbaycanın antiterror əməliyyatını şərh edib

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Qarabağdakı “antiterror əməliyyatı”nı ilk dəfə şərh edib. O bildirib ki, rusiyalı sülhməramlılar dinc sakinləri qorumaq üçün hər şeyi edirlər, RBK “Mayak” radiostansiyasına istinadən bildirib.

“Rusiyalı sülhməramlılar mülki əhalini qorumaq üçün hər şeyi edirlər. Biz Yerevan, Stepanakert və Bakıdakı hakimiyyət orqanları ilə daim əlaqədəyik. Ümid edirik ki, deeskalasiyaya və problemin dinc məcraya yönləndirilməsinə nail ola bilərik”, – o, Çin Xalq Respublikasının xarici işlər naziri Van I ilə görüşdə bildirib.

(Turan)

Bənzər yazılar

Back to top button