Siyasət

Dövlət Departamenti Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına yaxından cəlb olunub

ABŞ Dövlət Departamenti çərşənbə günü bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhün axtarışı ilə “çox fəal şəkildə məşğul olmağa davam edir”.

“Əlbəttə, bu, bütün aparatın və dövlət katibi Blinkenin ciddi diqqət yetirdiyi məsələdir, hesab edirik ki, birbaşa dialoq bu problemin həllinin açarıdır və buna görə bu məsələ ilə fəal şəkildə məşğul olmağa davam edirik”, deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə Turan-ın sualına cavabda bildirib.

Patelin şərhi dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zənglərindən sonra səslənib. Bu zənglər zamanı Blinken tərəfləri gələcək danışıqları Vaşinqtonda razılaşdırıldığı kimi planlaşdırmağa çağırıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Dövlət katibinin bu məsələdə daimi iştirakı ABŞ-ın Cənubi Qafqaz regionunda dinc gələcəyə sadiqliyinin nəticəsidir”, deyə Patel bildirib.

Bənzər yazılar

Back to top button