İdman

Ançelotti kimisi ÇL tarixində olmayıb – İtaliyalı Ferqyusonun rekordunu qırdı

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Fanat.az “MisterChip”ə istinadən xəbər verir ki, sözügedən turnirin qrup mərhələsinin 4-cü turunda “Braqa” üzərində qələbəyə sevinən (3:0) italiyalı mütəxəssis 116-cı zəfərinə imza atıb.

Ançelotti “Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Ferqyusonu qabaqlayıb.

Qeyd edək ki, 2021-ci ildən “Real”ın “sükanı arxası”nda olan Karlo Ançelottinin komandası yer aldığı qrupda 12 xalla liderdir.

Bənzər yazılar

Back to top button