Siyasət

Lavrov və Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər

Aprelin 14-də Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiya XİN başçısı Sergey Lavrov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında söhbət baş tutub.

RF XİN-in mətbuat xidmətinin məlumatında deyilir ki, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini və regional məsələləri müzakirə ediblər.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illərdə əldə etdikləri razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin artırılmasının vacibliyi qeyd edilib”, deyə məlumatda bildirilir.(Turan)

Bənzər yazılar

Back to top button