Dünya

ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım ayırır

Çərşənbə axşamı Bayden administrasiyası Ukrayna üçün təhlükəsizlik sahəsində 400 milyon dollar məbləğində yeni yardım paketini təqdir edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Ukrayna xalqı öz ölkəsini Rusiyanın təcavüzündən cəsarətlə müdafiə etməyə davam edir, Rusiya isə amansız və qəddar hücumlarını davam etdirir, nəticədə Ukraynanın dinc vətəndaşları ölür, mülki infrastruktur dağılır “, -dövlət katibi Entoni Blinken silah paketini anons edən bəyanatında bildirib.

Son paketə daxil olan silahlar:

* Patriot hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatları və zenit-raket kompleksləri və ya NASAMS;

* “Stinger” zenit kompleksləri;

* Raket sistemləri və ya HIMARS üçün sursat;

* 155 millimetrlik və 105 millimetrlik artilleriya mərmiləri;

* 120 millimetrlik və 60 millimetrlik minaatan mərmiləri;

* 32 Stryker zirehli transportyor;

* TOW optik hədəfli raketlər;

* Javelin və digər tank əleyhinə sistemlər və raketlər;

* Hornet pilotsuz aviasiya kompleksləri;

* Hydra-70 aviasiya raketləri;

* Taktiki aeronaviqasiya sistemləri;

* Maneələrin aradan qaldırılması üçün dağıdıcı sursatlar;

* Atıcı silahlar üçün 28 milyondan çox patron və qumbara;

* Gecə görmə cihazları və termal görüntüləmə sistemləri;

* Ehtiyat hissələri, təlim döyüş sursatları və digər səhra

Bənzər yazılar

Back to top button