Siyasət

Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə son hadisələri müzakirə etdi

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sabitləşdirilməsi ilə bağlı Azərbaycan və Ermənistan səfirləri Polad Bülbül Oglu və Vardan Toganyan ilə müzakirə edib.

Qaynarinfo xəbər verir ki, bu haqda Rusiyanın Ria-novisti saytının yaydığı məlumatda deyilir.

“Zaqafqaziyada təhlükəsizliyin təmin edilməsi məsələləri, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsi vəzifələri, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ tənzimlənməsi üçün səylərin gücləndirilməsi perspektivləri müzakirə edildi”, – Rusiya XİN-dən bildirilib.

Bənzər yazılar

Back to top button