Siyasət

Kipr türkləri Ermənistanın Azərbaycana qarşı təxribatını qətiyyətlə pisləyirlər

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin spikeri Təbərrukən Uluçay Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya zəng edib

AzToday.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin spikeri Təbərrukən Uluçay Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefon danışığında Kipr türklərinin Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarını qətiyyətlə pislədiklərini deyib.

ŞKTC parlamentinin sədri Ermənistan silahlı qüvvələrinin Ermənistanla sərhəddə şəhid düşən hərbçilərinin ailələrinə və yaxınlarına başsağlığı verib.

T.Uluçayın sözlərinə görə, ŞKTC Azərbaycanın bütövlüyünü və suverenliyini dəstəkləyir və erməni təxribatlarının yolverilməzliyini vurğulayır: “Kipr türkləri, Azərbaycan xalqını dəstəkləyir və bölgədə ən qısa müddətdə sülh və sabitliyə ümid edir”.

Öz növbəsində Azərbaycan Milli Məclisinin Sədri S.Qafarova ölkənin bütövlüyünün tezliklə bərpa olunacağına inandığını bildirib və Kipr türkləri ilə əlaqələrin daha da dərinləşəcəyinə ümidvar olduğunu deyib.

Bənzər yazılar

Back to top button