Dünya

Bu ölkələr gömrükdə rusiyalılara “Krım kimindir?” sualını verəcək

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, Rusiya vətəndaşları ölkələrinin Ukraynaya təcavüzünə qarşı çıxış etməsələr və Krımı Ukrayna kimi tanımasalr Baltikyanı ölkələrə buraxılmaya bilərlər.

Yeniavaz.com xəbər verir ki, bu barədə DELFI portalı məlumat yayıb .

Landsbergis qeyd edib ki, sərhədçilərin Rusiya Federasiyası vətəndaşlarından Ukraynada baş verənlərə necə münasibət bəslədiklərini soruşmaq, həmçinin “Krım kimindir?” sualını vermək hüququ var. O vurğulayıb ki, Baltikyanı ölkələrə girişin rədd edilməsinin səbəbi bu suala veriləcək yanlış cavab ola bilər:

“Cavab əsasında həmin rusiyalının Estoniya, Latviya, Litva, Finlandiya, Polşa sərhədlərini keçib-keçməyəcəyinə qərar veriləcək. Hansısa Rusiya vətəndaşı fikirləşirsə ki, Krım işğal olunmayıb, onun sözügedən ölkələrə daxil olması milli təhlükəsizlik məsələsinə görə mümkün olmaya bilər”.

Qeyd edək ki, daha əvvəl Q. Landsbergis bildirmişdi ki, Avropa İttifaqı bütün Rusiya vətəndaşlarına turist vizalarının verilməsinə qadağa qoymağa qərar verməsə, Litva belə bir imkanın regional səviyyədə müzakirəsini davam etdirəcək.

Bənzər yazılar

Back to top button