Digər

Sürücülərin diqqətinə! Bakıda daha bir dairə ləğv edildi (VİDEO)

Yasamal rayonu “Sovetski” ərazisinin yenidən qurulması layihəsi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti açılan Nərimanov prospekti və Abdulla Şaiq küçəsində təmir işləri başa çatıb.

AzToday.Az baku.ws-yə istinadən xəbər verir ki, sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Amma Nərimanov prospektində təmir işlərindən sonra yolda əvvəlki döngə yığışdırılaraq bir qədər aşağıdan yeni döngə salınıb. Sürücülər Mikayıl Müşfiq küçəsinə getmək üçün həmin geriyədönmə yerindən dönə bilərlər.

Bənzər yazılar

Back to top button