Hadisə

Baş redaktora hökm oxundu – 7 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzToday.Az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə F. Fərəməzoğlu son söz deyib. Daha sonra hökm öxunub. Hökmə əsasən, F.Fərəməzoğlu 2 il jurnalist fəaliyyəti ilə məşğul olmamaq şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror F.Fərəməzoğlunun 3 il jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il azadlıqdan məhrum olunmasını istəmişdi.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Bənzər yazılar

Back to top button