Hadisə

Vətən müharibəsində itkin düşən 6 hərbçinin axtarışları davam edir

İndiyə qədər Vətən müharibəsində itkin düşmüş 24 nəfər Azərbaycan vətəndaşı azad edilib.

AzToday.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yenilənmiş saytında qeyd edilib.

Bildirilib ki, Vətən müharibəsində itkin düşmüş şəxslərin sayı 6 nəfərdir, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytı müasir çağırışları nəzərə alaraq yenilənib.

Bənzər yazılar

Back to top button