“Azad mətbuata dəstək verməyən cəmiyyəti ağır günlər gözləyir”

by Aztoday Xəbər Portalı

“Azərbaycan İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Komitəsi” İctimai Birliyi sədrinin muavini Xədicə Eyvazovanın müsahibəsini təqdim edirik:

– Son zamanlar həyata keçirilən siyasi həbslər, repressiyalar və basqıları necə qiymətləndirirsiniz?

– Azərbaycandakı repressiyalar, təzyiqlər artıq kifayət qədər ictimaiyyətdə və beynəlxalq aləmdə narahatlıq yaradır. Azərbaycanda vətəndaş cəmiyyətinə, siyasi partiyalara təzyiqlər və həbslər Rusiyada baş verənlərlə bağlıdır. Heç kəsdə bu şübhə yaratmır. Əks halda daim Qərbdə və Avropada lobbiçliyə üstünlük verən hakimiyyət birdən – birə illərlə qazandığını itrimək istəməzdi. Tarix və digər ölkələrin təcrübəsi göstərir ki, ümumiyyətlə siyasi həbslərin və repressiyaların sürətli və həddindən artıq çox olması hakimiyyətin itirilməsi narahatlığı ilə bağldır. Əks haldı siyasi qüvvələrin zəif olduğu ölkəmizdə bu məqamda bu qədər siyasi həbslərin aparılmasına ehtiyac yoxdur. Görünən budur ki, hakimiyyət maksimum alternativsiz fəaliyyət göstərmək istəyir. Düşünurəm ki, hakimiyyətdə olanlar sürətli şəkildə təhlilər aparır, qorxunu gucləndirmək üçün siyasi təzyiqləri və həbsləri artırır.

– Sizə Qərbin və Avropanın baş verənlərə münasibəti digər ölkələrlə müqayisədə yumşaqdır?

– Bu gün Qərbin və Avropanın sürətli avtoritar cəmiyyətlərdə dəyişlik arzusu və nüfuz etməsini əngələyən
Rusiya faktoru danılmazdır. Heç kimə sirr deyil ki, Qərbin bu proseslərdə əsas məqsədi Rusiyanı iqtisadi blokadaya salmaq, Qərbə alternativ olan digər ölkələri prosesdə neytral saxlamaq niyyətindəndir. İranla Qərbin munasibətlərinin düzəlməsi, Azərbaycan hakmiyyətinin “ərkyöyün davranışına” münasibət bununla bağlıdır. ABŞ və Avropa illər öncəsi Azərbaycan hakmiyyətini açıq-aşkar dəstəkləyirdi. Artıq son dövlər Qərbin demokratik institutları və mətbuatı, nüfuzlu media sürətli şəkildə Azərbaycanı tənqid edir. Görünür bu tənqidlər və reaksiyalar tədircən yuxarı səviyyədə bildiriləcəkdir. Çünki Qərb dövlətlərinin birdən-birə hakimiyyətə qarşı aqqresiv və birmənalı siyasi təzyiq göstərməsi qeyri-peşakar olardı. Bütün bunlara baxmayaraq inanıram ki, 100-ə yaxın siyasi məhbusu olan bir ölkəyə beynəlxalq dəstək olsun və buna biganəlik uzun müddət davam etsin.

Azərbaycan mətbuatı son aylar ən ağır günlərini yaşayır, siczə mövcud vəziyyətindən çıxış yolunu nədə görürsünüz?

– Mətbuat cəmiyyətin və sadə vətəndaşın görünən gözüdür. Çox təəssüf ki, hakimiyyətin təzyiqi ilə yanaşı, vətəndaşlar da biganə münasibəti ilə mətbuata öz dəstəyini vermir. Bu gün hərənin bir müstəqil qəzet alması elədə böyük xərc aparan məsəslə deyil. Bu gün məmurlar sürətli şəkildə qəzetləri məhkəməyə verir. Böyük cərimələr, təzyiqlər, jurnalistlərin həbsləri Azərbaycanda mətbutın və söz azadlığının hansı vəziyyətdə olmağını aydın göstərir. Dünyada məhşur olan “Azadlıq” radiosunın fəaliyyəti təzyiqlər səbəbindən dayandırılıb. Radionun aparıcı əməkdaşlarına təzyiqlərlə yanaşı həbs olunanlar da var. Artıq beynəlxalq təşkilatlar “Azadlıq” radiosuna qarşı hücümları Azərbaycanda söz azadlığını məhvi kimi qiymətləndirir. Hesab edirəm ki, azad mətbuata dəstək verməyən cəmiyyəti gələcəkdə daha ağır günlər gözləyir.

Bənzər Yazılar