İdman

“O, heç vaxt durumundan narazı olduğunu deməyib” – Qvardiola Filipsi niyə az oynadır?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın 27 yaşlı yarımmüdafiəçisi Kalvin Filipsin az oynamasından danışıb.

Fanat.az xəbər verir ki, “şəhərlilər”in çalışdırıcısının dediklərini şəxsi “X” hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:

“Kalvin bir sıra oyun komponentlərində müstəsna futbolçudur. Niyə oynamır? Rodri bizim əsas oyunçumuzdur. Filips isə heç vaxt komandadakı durumundan narazı olduğunu deməyib, heç vaxt pis məşq etməyib. Düzünü desəm, ona daha çox oyun vaxtı vermək istərdim”.

Qeyd edək ki, Filips cari mövsüm İngiltərə premyer Liqasında 4 oyuna çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb.

Bənzər yazılar

Back to top button