İdman

Ərəblər Falkao üçün danışıqlara başladılar

İspaniyanın “Rayo Valyekano” klubunun hücumçusu Radamel Falkao karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Fanat.az xəbər verir ki, informasiyanı şəxsi “Twitter” hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, 37 yaşlı forvard sözügedən ölkənin bir neçə klubunun tranfser siyahısındadır. Mənbə hazırda həmin klubların “Rayo Valyekano” ilə danışıq apardıqlarını açıqlayıb.

Qeyd edək ki, 2007-ci ildən Kolumbiya millisinə dəvət alan Radamel yığma forması ilə çıxdığı 104 matçda 36 qol vurub.

Bənzər yazılar

Back to top button