Digər

Azərbaycan Qarabağa görə inadkarlıq etməlidir

Azərbaycan beynəlxalq aləmi Dağlıq Qarabağ haqqında həqiqətlərlə daha da tanış etmək üçün mütləq fəal çalışmalı, dünya Azərbaycan torpaqlarının işğal edildiyini anlamalıdır.

AzToday.Az-ın məlumatına görə, bunu avstriyalı arxeoloq, LGP regional layihələr şirkətinin rəhbəri Anna Mariya “VestnikKavkaza” saytına müsahibəsində deyib.

O bildirib ki, ermənilər işğal etdiyi torpaqlarda tarixi abidələri məhv ediblər.

“Hesab edirəm ki, Azərbaycan çox ehtiyatla hərəkət edir, işğal edilmiş torpaqlarda əslində nə baş verdiyini yüksək səslə bəyan etməlidir. Təəssüf ki, İrəvan öz fikirlərini hay-küylə dünyaya çatdırır, özlərini qurban kimi göstərirlər və təbii ki, bu həqiqət deyil”, – deyə Anna Mariya bildirib.

Avstriyalı arxeoloq qeyd edir ki, beynəlxalq ictimaiyyət Qarabağdakı real faktlarla tanış olması üçün Azərbaycan inadkarlıq etməlidir.

İstiPress

Bənzər yazılar

Back to top button