Dünya

Homoseksual qadın Serbiyanın baş naziri oldu

Serbiya prezidenti Alexander Vucic dövlət idarəetmə və yerli idarəçilik naziri Ana Brnabic-ə hökuməti formalaşdırmaq barədə göstəriş verib.

Brnabic-in namizədliyi parlament tərəfindən təsdiq olunduqdan sonra o, baş nazir olan ilk qadın, həm də açıq-aşkar öz homoseksuallığını elan edən ilk serb naziri olacaq.

Bir neçə il bundan əvvəl bu mühafizəkar ölkədə belə bir şeyin baş verəcəyi ağla belə gəlməzdi.

Lakin indi Avropa İttifaqına daxil olmağa ümid edən Serbiya bunu ölkədə tolerantlığın inkişaf etməsinin təsdiqi kimi təqdim edə bilər.

Beləliklə, Ana Brnabic öz homoseksuallığını gizlətməyən Avropa liderlərini siyahısını artırmış olacaq.

Bu siyahıya hazırda İrlandiya hökumətinin başçısı Leo Varadkar və Luksemburg-un baş naziri Ksavye Bettel daxildir.

BBC-nin Belqraddakı müxbirinin qeyd etdiyinə görə, hazırkı Serbiya administrasiyasında baş nazirin rolu çox güman ki, rəmzi xarakter daşıyacaq. Çünki prezident Vucic ölkədə daha nüfuzlu fiqurdur.

“Lakin bu, rəmzi xarakterin real əhəmiyyət kəsb etdiyi bir haldır”,- deyə BBC müxbiri əlavə edib.

“Mən inanıram ki, xanım Ana lazımi bacarıqlara və şəxsi keyfiyyətlərə sahibdir. Mən əminəm ki, o çox işləyəcək”,- deyə Vucic bildirb.

O, gələcək baş nazirin cinsi orientasiyası barədə heç bir şey deməyib.

Brnabic prezidentə minnətdarlığını bildirərək hökuməti formalaşdırmağa hazır olduğunu bəyan edib.

“Əgər parlament mənim namizədliyimi təsdiqləyərsə, mən hökumətə bütün məsuliyyətim və sədaqətimlə başçılıq edəcəm, öz işimi vicdanla və sevgiylə yerinə yetirəcəm “, – deyə Brnabic bildirib.

Mühafizəkar Serbiyada geylərin paradına çoxları hələ də nifrətlə yanaşır

Serbiya parlamentində çoxluğu prezident Vucic-in tərəfdarları və koalisiya partiyasındakı ortaqları təşkil edir. Brnabic-in özü isə Serbiya Mütərəqqi Partiyasının üzvü deyil.

Michigan-dakı Nortwood universitetində təhsil almış 41 yaşlı Brnabic həmçinin Böyük Britaniyanın Halla universitetində MBA dərəcəsi alıb.

O, dövlət idarəetmə və yerli idarəetmə naziri postuna 2016-cı ildə təyin edilib.

2010-cu ildə son dərəcə sağçıların geylərin paradına hücum etməsi nəticəsində Serbiyada ictimai təhlükəsizliyin qorunması məqsədiylə bu cür tədbirlər 3 il ərzində qadağan edilmişdi.

Lakin 2014-cü ildə onların paradı güclü təhlükəsizlik tədbirləri, zirehli maşınların və xüsusi polis əməkdaşlarının müşayiətilə yenidən bərpa edilib.

Müsavat

Bənzər yazılar

Back to top button