Dünya

Türk Hava Yolları qardaş ölkə vətəndaşlarına baha qiymət “oxuyub”?

Qazaxıstan vətəndaşlarının ölkələrinə qayıtması probleminə görə Türkiyə və Qazaxıstan XİN-ləri arasında qarşılıqlı ittihamlar səslənib.

AzToday.az “Anadolu” agentilyinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy 24 apreldə Türk Hava Yollarının (THY) bu ölkəyə çarter reysinə Qazaxıstan vətəndaşlarının qəbul edilməməsi ilə əlaqədar Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsünün iddialarına vaba verib. “Qazaxıstan vətəndaşlarının Türkiyədən təxliyələrinə hakimiyyətin bütün qurumlarının bu günə qədər hər cür şəraiti təmin etdiyinə” diqqəti çəkən Aksoy, Qazaxıstan rəsmi orqanlarının da bu vəziyyəti bildiyini ifadə edib.

Aksoy bildirib ki, Qazaxıstandan Türkiyə vətəndaşlarını təxliyə etmək üçün Qazaxıstana uçmalı olan 24 aprel tarixli reysi ilə əlaqədar Qazaxıstanın Türkiyədəki səfirliyinin vaxtında məlumatlandırıldığını və Qazaxıstan vətəndaşlarının bu reyslə ölkələrinə qayıda biləcəkləri bildirilib: “Qazaxıstandakı Ankara səfirliyinin istəyi ilə THY, Səfirliyə məlumat verib ki, Qazaxıstan vətəndaşları Türkiyə vətəndaşlarının ödədiyi bilet qiyməti ilə ölkələrinə aparıla bilər. Ancaq Qazaxıstanın Ankaradakı səfirliyi bilet qiymətini uyğun hesab etməyib və Qazaxıstanın öz təyyarəsini gətirəcəyini bildirib”.

Buradan anlaşılan odur ki, məsələ pulun başında imiş, qazaxlar ucuz və ya havayı olaraq Qazaxıstana getmək istəyib, THY isə bu çətin şəraitdə artıq qazanmaq üçün qardaş ölkə vətəndaşlarına lap baha qiymət “oxuyub”.

Bənzər yazılar

Back to top button