Baş baytarın ayaq tutan, amma yeriməyən yalanları: Azər Süleymanovu ifşa edən faktlar…

by AzToday.az

Lakin ən təəccüblüsü odur ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov efirdə və Xidmin rəsmi saytında qoyunların tələf olmasına səbəb kimi helmintozlardan, daha dəqiq desək iti fassiolyoz və diktikaulyozu göstərir. Azər müəllim bu müsahibəsində qoyunların bir neçə yerdə, eyni vaxtı kütləvi ölümünə səbəb olan infeksiyanı gizlədib ört-basdır etməyə cəhd göstərir.

Mütəxəssislərin verdiyi məlumata istinadən “Fassiola hepatika” öd yollarında parazitlik etməklə heyvanın, qaraciyərini, diktikaulyoz ağciyərini zədələyə, hətta bu ölümlə də müşayiət oluna bilər. Lakin Savash.org ədəbiyyatlara əsaslanaraq, həmçinin praktik baytarların məlumatına istinad edərək bildirir ki, fassiolyozdan və diktikaulyozdan qısa müddətdə, kəndin bir neçə təsərrüfatında eyni vaxtı 500 baş heyvan ölümü inandırıcı deyil.

Helmintozlar elə xəstəliklərdəndir ki, qurd heyvanı öldürmə mərhələsinə gəlib yetişdikdə patoloji yarmada gözlə görmək mümkündür və hər bir çoban bu xəstəliyi tanıyır. Əgər heyvanların ölümü qurd xəstəliyindən baş versəydi, onda heyvandarlar, heyvan sahibləri əbəs yerə buna “nəməlum xəstəlik” adını verməzdilər. Ölmüş heyvanlar üzərində patoloji yarma aparan təcrübəli baytarlıq mütəxəssisləri ölümə səbəb olan ikincili infeksiyanı istisna etmirlər.

Rəis əvəzinin özünü ifşa edən yalanı: ayaq tutur, amma yerimir…

Baş baytarın ayaq tutan, amma yeriməyən yalanları: Azər Süleymanovu ifşa edən faktlar...Hörmətli Azər müəllim, tutaq ki, bir anlığa mütəxəssis olmayanlar və Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi yaratdığınız şou-müsahibəyə inandılar. Onda belə bir iddianı qəbul etməyinizi tövsiyə edirik ki, ildə iki dəfə heyvanlar arasında profilaktika işlər, o cümlədən helmintozların diaqnostikası (kaproloji müayinələr) əvvəlcədən proqnozlaşdırılaraq tərtib edilən və Nazirliyin kollegiyasında təsdiq edilən epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq aparılmalıdır. Və kaproloji müayinələr dövlət baytarlıq laboratoriyalarında aparılmaqla nəticə barədə qabaqcadan profilaktiki tədbir görülməsi üçün heyvan sahibi və ərazi baytarlıq orqanı yazılı xəbərdarlıq edilməlidir.

Deməli, Tərtər, Şəmkir və Şəki rayonlarında sizin tabeliyinizdə çalışan baytarlıq idarəsinin mütəxəssisləri sizin nəzarətsizliyinizdən sui-istifadə edərək epizootiya əleyhinə plana uyğun olaraq vətəndaşın heyvanlarında kaproloji müayinələr aparmamış və müayinə nəticəsində əvvəlcədən heyvanlarda helmint xəstəliklərin törədicilərinin olması müəyyən edilməmidir.

“Baytarlıq haqqında” AR Qanununun 8.2.3. maddəsinə görə AR ərazisində heyvanların yoluxan və yoluxmayan xəstəliklərin profilaktikası, diaqnostikası, müalicəsi və ləğv edilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq baytarlıq tədbirləri həyata keçirməklə mal-qara və başqa heyvanları xəstəliklərdən qorumaq birbaşa dövlət baytarlıq xidmətinin vəzifələrinə daxildir. Öz dediklərinizdən isə belə çıxır ki, qanunun bu bəndi ilə öhdənizə düşən vəzifə borcunuzu unudaraq epizootiya əleyhinə tədbirlər planına uyğun kaproloji müayinə ilə heyvanlarda qurd xəstəliyi erkən aşkar edilməyib.

Savash.org ölkənin baş baytarına dərs keçmək niyyətində deyil, amma…

Baş baytarın ayaq tutan, amma yeriməyən yalanları: Azər Süleymanovu ifşa edən faktlar...Hörmətli Azər müəllim, əgər siz iddia etdiyiniz xəstəlik (iti fassiolyoz) aşkar edilərsə?… helmintin bioloji xüsusiyyətini və hansı inkişaf mərhələsində (fassiola yetgitlik dövrünə kimi 8 mərhələdə inkişaf edir) olmasını müəyyən edildikdən sonra buna qarşı hansı preparatların işlədilməsini sizə tabe olan baytar həkimi heyvan sahibinə göstəriş verməli, xəstəliyin qarşısını alacaq uyğun preparatın baytarlıq apteklərindən alınması üçün müvafiq resept yazmalıdır. Axı, bunları mütəxəssis olmayan mülkiyyətçi bilmir.

Beləliklə, xəstəliyin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvinə dair bütün baytarlıq tədbirlərini mülkiyyətçi yox, baytar həkimi-mütəxəssis aparmağa borcludur. Çıxıb efirdən “Heyvan sahibi öz hesabına müalicə aparmalıdır” deməklə fermerlərə yalnış məlumat vermək, ona dəymiş zərərərin səbəbini başqa yerə yönəltmək, onları xəstəliklə üz-üzə qoymaq, qanundan kənardır.

Bir də ki, unutmayın! Ölmüş heyvanlara tabeçiliyinizdə olan qohum, tələbə yoldaşlarının rəhbər vəzifələrə təyin etdirdiyiniz laboratotiyalarda istədiyiniz diaqnozları yazmaqla məsuliyyətdən yaxa qurtarmaq üçün dolayı yollara əl atmaq dövlət xidmətinin rəhbərinə başucalığı gətirməz!

Damazlıq heyvanlar da qırılır, Azər Süleymanov isə səfərə hazırlaşır…

Baş baytarın ayaq tutan, amma yeriməyən yalanları: Azər Süleymanovu ifşa edən faktlar...Savash.org-a daxil olan məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində güya sağlam heyvanlar adı ilə xaricdən gətirilən heyvanların 40 başında balaatma ilə xarakterizə olan heyvan və insanlar üçün ümumi olan bruselyoz xəstəliyi aşkar edilmişdir. (Təlimata görə həmin xəstə heyvanlar təcili təsərrüfatdan çıxarılaraq zərərsizləşdirilməlidir).

Bu da Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq istiqamətində dövlət baytarlıq nəzarətinin yarıtmaz iş üslubundan xəbər verməklə, fermerə, habelə büdcəyə külli miqdar zərər vurmaqdır.

Xidmətin rəisi əvəzi Azər müəllim isə sahibkarlara kömək etmək, xəstəliyin qarısını almaq, heyvan və insanların yoluxmasının qarşısını almaq istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirmək əvəzinə, başı xarici ölkəyə “turist” səfərinə hazırlaşmağa qarışıb.

Yerində olmayan rəis əvəzi və icra edilməyən konsepsiya…

Baş baytarın ayaq tutan, amma yeriməyən yalanları: Azər Süleymanovu ifşa edən faktlar...Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılması haqqında Fərman imzalayıb.

Fərmanda qida təhlükəsizliyinə dair digər məsələlərlə yanaşı “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi” məqsəd kimi qarşıya qoyulmuşdur.

Bununla bağlı verilən məlumata görə, 2014-cü ildə Dövlət Xidmətinin sabiq mütəxəssislərin iştirakı ilə Ümumdünya Ticarət Təşkilatının SFS Sazişinin tələbinə uyğun Tvinninq Layihəsi çərçivəsində Avropa İttifaqının vəsaiti hesabına dəyəri 2 mln. avro olan layihə əsasında “Dövlət Baytarlıq Xidmətində Kənd Təsərrüfatı Heyvanlarının İdentifikasiyası və Təsərrüfatların qeydiyyatı Konsepsiyası” hazırlanmışdır.

Konsepsiyada elektron bazada heyvanların populasiyası, dövriyyəsi, heyvan xəstəliklərinin izlənməsi və s. nəzərdə tutulur.

İdentifikasiya və təsərrüfatların qeydiyyatı aparılmadan heyvan xəstəliklərinin izlənməsi, həmçinin Fərmanda nəzərdə tutulan “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi mümkün deyil!
Azər müəllimin başı istehsal etdiyi “rüşvət layihəsi”nə, şəxsi maraqlarna xidmət edən “tədbir”lərə bərk qarışdığı üçün Konsepsiya həyata keçirilmədi. Azər müəllim bu Konsepsiyanın işlək vəziyyətə gətirmə gücündə olmaması heyvanların identifikasıya edilməsini əngəlləyir.

Ümumiyyətlə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Azər Süleymanovun bu sahənin yükünü çəkmək iqdidarında olmaması, baytarlıqda islahatların aparılmasını arxa plana keçimişdir.

Azər Süleymanovun dayısı oğluyla ortaq “analiz maxinasiyası”

Xatırladaq ki, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda “baytarlıq sahəsində identikləşdirmə işlərinin, uçot və hesabatların aparılmasını təmin etmək heyvanların karantin xəstəliklərinin statistik uçotunu aparmaq” kimi 8.2.16 bəndi nəzərdə tutulub.

Bu bəndə əsasən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon, şəhər baytarlıq idarələri digər hesabatlarla yanaşı, xidməti ərazilərində xəstəliklərdən ölmüş və ya məcburi kəsilmiş heyvanlar haqqında məlumat verməlidirlər. Lakin Dövlət Baytarlıq Nəzarəti Xidmətinə hesabat forması boş qrafalarla göndərilir. Əgər mal-qara xəstəliklərdən tələf olmursa, məcburi kəsilmirsə (bu təbii ki mümkün deyil) onda Azər məllimin rayonlardan Bakı şəhərinə gətirilən heyvan ətinə xəstəlikdən “ölmüş heyvanın əti” adı qoyaraq məhv etməsi və bununla sahibkarları narazı salmasının arxasında nələr durur?….

Qeyd etdiyimiz kimi, heyvanların infeksiyalarla xəstələnməsinə də, müalicə- profilaktikasına da ölkənin baytarlıq orqanı cavabdehdir.

Baş baytarın ayaq tutan, amma yeriməyən yalanları: Azər Süleymanovu ifşa edən faktlar...Bərdə rayonunda Seyfəddin adlı sahibkarın 20 ton ətinin (220-240 heyvan cəmdəyi) Azər müəllimin təyziqi altında olan Respublika Baytarlıq Laboratoriyasının (Azər müəllimin dayısı oğlu Elşad Rzayev direktor müavinidir- Savash.org) cəmi 12 cəmdəkdən götürdüyü nümnəyə (hər cəmdəkdən ayrı-ayrı nümunə götürülməli idi) görə qanunsuz məhv edilməsi, “Təzə Bazar” MMC–yə məxsus mövcud qaydaları pozaraq, baytarlıq sənədi olan, bazarın baytarlq-sanitariya ekspertiza laboratoriyasında qida üçün yararlı hesab edilmiş 445 kq əti qanunsuz müsadirə edərək Respublika Baytarlıq Laboratoriyasının əvvəlki ekspertiza rəyini inkaredici cavabı olmadan tələm-tələsik “yararsız ət” adı altında götürüb, qərəzli şəkildə ictimayiləşdirilməsi, Abşeron rayonu Güzdək qəsəbəsi kəsim məntəqəsindən götürülmüş və Ağcabədidən baytarlıq sənədi ilə müşayiət olunan ətin məhv edilməsi Azər müəllimin qanunsuz hərəkətlərindəndir.

Hətta dövlət yol polisi reydlər apararkən görəndə ki, ətin rəngi şübhəlidir, onlar müvafiq orqanlara məlumat verirlər. Ətin keyfiyyətinə nəzarət edən qurum (Dövlət Baytarlıq Nəzarəti Xidməti nəzədrə tutulur-red) isə bu məlumatı çox hallarda öz adına çıxarması və məsələnin ictimailəşdirməsi yaxşı hal kimi qəbul edilə bilməz.

Fakt ondan ibarətdir ki, Azər Süleymanov bu sistemə rəhbərliyi müddətində Dövlət Xidmətində korrupsiya, tender maxinasiyaları, heyvanlar arasında xəstəliklərin artması, iş adamları, mal-qara sahibləri tərəfindən Prezidentə, Administrasiya rəhbərinə, prokurorluq orqanlarına, Milli Məclisə, Kənd Təsərrüfatı Nazirliyinə göndərilən şikayət dolu müraciətlər bu dövlət qurumunda baş alıb gedən qanunsuz əməllərin əks-sədasıdır.

Bənzər Yazılar