Bizim seçimHadisə

Şəbnəm Tovuzlunun MTN-ə aparılmasında “Sipark Seymur”un rolu – CİNAYƏT “KARTLARI” AÇILIR

“Çapayev” və AMEA sakinlərinin dediyinə görə, Şərifzadə küçəsində 5 mərtəbələr onların evlərindən daha gec sökülüb və daha tez hazırdır, artıq yeni tikilən pilot layihələrin təmiri qalıb. Amma “Sipark” şirkətinə həvalə olunan Təbriz küçəsindəki pilot layihə acı bağırsaq kimi uzanır, sakinlər kirayələrdə yaşayır, onların evlə təmin olunacağına şübhələr artır.

Maraqlıdır ki, Şərifzadə küçəsi, 12 ünvandakı yataqxanada məskunlaşmış AMEA işçiləri də “Sipark” inşaatın ucbatından ev ala bilməyiblər.

AMEA-nın İşlər idarəsinin müdir müavini, mənzillərin bölüşdürülməsi komissiyasının katibi Sərdar Əliyevin sözlərinə görə, siyahıda əgər 116 ailənin adı vardısa, tikinti şirkəti nə üçün AMEA-ya 54 mənzil ayırır.

Akamediyanın keçmiş rəhbərliyi dövründə AMEA ilə indiki “Sipark”, o vaxtkı adı “Evrostroy-S” MMC olan şirkət arasında, AMEA-nın, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanasında yaşayan əməkdaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin tikintisi barədə 14 noyabr 2012-ci il tarixli müqavilə bağlanıb.

Yataqxana AMEA-nın balansında, ərazisi AMEA-ya aid olduğuna və qanunvericiliyə əsasən yataqxana müvəqqəti yaşayış sahəsi hesab edildiyinə görə burada yaşayan sakinlər müqavilənin bağlanmasında tərəf kimi iştirak edə bilməzdilər. ğBelə ki, bu yataqxanadakı otaqlar özəlləşməmişdi və özəlləşdirilməsi də nəzədə tutulmur.

Müqavilədə podratçı tərəfindən həmin ərazidə inşa ediləcək 4 girişli 16 mərtəbəli yaşayış binasından 1 girişli 16 mərtəbəli yaşayış binasının ödənişsiz əsaslarla AMEA-ya ayrılması nəzərdə tutulmuşdu.

Lakin müqavilə bağlanan zaman şirkət tərəfindən ayrılacaq mənzillərin sayı və sahəsi göstərilmədiyinə görə çox çətinliklərlə üzləşiblər.

Əslində uzun illər “Evrostroy-S” MMC kimi fəaliyyət göstərmiş tikinti şirkəti adı mətbuatda tez-tez qalmaqallarda hallandığı üçün rebrendinq edərək “Sipark İnşaat” olub. Amma bu adla da qalmaqallar səngiməyib.

“Sipark” inşaat firmasının adı təkcə ev sökülməsi ilə gündəmə gəlməmişdi.

Sənətçi Familin istəyi ilə MTN generalı Akif Çovdarovun hüzuruna aparılmışdı və müğənniyə təzyiq göstərilmişdi.

Məlum olub ki, MTN-də incidilən müğənni ilə münasibətləri olmuş Famil Qoçu oğlu Xəlilov Şəmkirin Şiştəpə kəndindəndir. Bakıya bir neçə ilə əvvəl Peterburqdan gəlib.

Həmin vaxt onunla birgə Bakıya Zaur Rəfael oğlu İmamverdiyev də gəlib. Bakıda Şəbnəmin sevgilisi ilə həmin Z.İmamverdiyev digər həmyerliləri, Şəmkirin Düyərli kəndindən olan Seymur İsayevlə biznes ortaqlığına qərar veriblər.

“Evrostroy” tikinti şirkətində həmin vaxt Seymur İsayevlə Hacı Rafael Qarayev şərik olublar. Həmin Seymur İsayev ki, indi adı dəyişib “Sipark” olan şirkətin gənc rəhbəridir.

S.İsayevin “Evrostroy” şirkətinə həmyerlilərini şərik etmək istəməsi o dövrdə R.Qarayevin ciddi narazılığı ilə qarşılanıbmış. Aralarında mübahisə yaranıb.

Kik-boks üzrə idman ustası olan R.Qarayevin şəriklikdən uzaqlaşdırmaq üçün başlanan, dava-dalaşla müşayiət olunan mübahisələr sonda “Sipark” rəhbəri S.İsayevin MTN generalı A.Çovdarova müraciəti ilə nəticələnibmiş.

Yəni, həm müğənninin sevgilisi olmuş Famil, həm onun şəriki Seymur MTN-nin odioz generalı, çoxsaylı cinayətlərin sifarişçisi, icraçısı, həbsdə olan Akif Çovdarovla vaxtilə ciddi əlaqələrə malik olublar, onun dəstəyini alıblar.

Çovdarovun köməkçisi “Sipark”a niyə gedirmiş?

Bu mövzuda yazan saytların baş tezislərində A.Çovdarovun MTN əməkdaşı olan Təhmasib adlı köməkçisinin S.İsayevin Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki 7 mərtəbəli ofisinin daimi qonaqlarından olduğu iddia edilib.

İddialardan biri budur ki, “Sipark” rəhbəri Seymur İsayev şəriki Hacı Rafael Qarayevi Akif Çovdarova sifariş edəndən sonra onu vəhhabi təriqətinə pul ötürmək, bu təriqətin ardıcılı olmaq suçu ilə MTN-ə aparıblar.

Bir neçə günlük çək-çevirdən sonra şiə məzhəbinin ardıcılı olan Hacı Rəfael Qarayevdən S.İsayevlə şəriklikdən imtina etmə haqda vəd və 150 min manat pul almaqla azad ediblər. Bununla da Seymurun Hacı Rafaeldən “canı qurtarıb”.

Görünür ki, onlarda bir adət imiş. Famil Şəbnəmdən, Seymur şəriklikdə Hacı Rəfaeldən ayrılmaq üçün zamanında MTN generalı Çovdarovun gücündən istifadə ediblər.

Müğənniyə isə deyiblər ki, onu MTN-dən azad edilməsini xahiş edən Seymur İsayevdir. Guya Seymur İsayev onun MTN tərəfindən həbs edilməsini mətbuatda oxuyub və azad edilməsi üçün Akif Çovdarovdan xahiş edib.

Famil Xəlilovla Seymur İsayev Akif Çovdarovun həbsindən sonra Azərbaycanı tərk ediblər. Elə ki ara sakitləşib, vətənə dönüblər.

MTN-ə 150 min verilməsinin sirri

“Evrostroy-S” şirkətinin (indi Sipark) sahiblərindən biri Famil Xəlilov (o zaman Şəbnəm Tovuzlu ilə əlaqələri olduğu deyilir) “Yeni Müsavat”a müsahibəsində bildirmişdi ki, onu MTN-ə Rafael Qarayev apartdırıb.

Sitat: “Ondan MTN-ə şikayət eləmişdilər. O da MTN-dən zəng elədi, məni çağırtdırdı. Orada məndən pul istədilər. Dedim, vermirəm. 150 min pul aldılar, bizi buraxdılar”.

Görəsən, Qarayevi və Şəbnəmi MTN-ə apartmaqda ittiham edilənlərin özü necə ora gedib, pul vermək istəmədiyi halda Rafael 150 min niyə verib?

Özü etiraf edir ki, buna görə Hacı Rafael onunla düşmən olub. Bu, yuxarıdakı iddiaların – yəni İsayevlə Xəlilovun Çovdarova yaxınlığı, onların şərikini MTN-ə apartdığı haqda deyilənlərin doğru olduğuna ehtimallar yaradır.

Şikayətçi: “Seymur İsayev saxladığı qadının anasına məxsus…”

Bir müddət əvvəl Bakı sakini Abbas Rzaqulu oğlu Həsənlinin ölkə rəhbərliyinə ünvanladığı məktubda belə deyilirdi: “Hər cür cinayətə əli bulaşmış – ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, hazırda həbsdə olan general Akif Çovdarov və onun köməkçisi Təhmasib İsgəndərovun havadarlıq etdiyi ”Evrostroy-S” MMC-nin prezidenti Seymur Nizam oğlu İsayevin mənə qarşı etdiyi cinayət əməllərinə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində hüquqi qiymət verilməsini xahiş edirəm”.

Onun sözlərinə görə, Seymur İsayevin tapşırığı ilə mühasib Tural Eyvazxan oğlu Hüseynov, direktor Rəşad Cəmil oğlu Abbasov, xəzinədar Elnarə Əli qızı Bağırova, Famil Məhərrəm oğlu Kazımov, Elmir Elxan oğlu Mirzəyev, Zaur Rafael oğlu İmamverdiyev rəsmi sənədləri saxtalaşdırmaqla külli miqdarda əmlakını ələ keçiriblər.

Müraciətdə deyilir: “Mənimlə ”Evrostroy-S” prezidenti Seymur İsayev arasında görülən işlərlə bağlı şifahi müqavilə olub. Mən sonuncuya inanmışam. Düşünmüşəm ki, Məkkəyə ziyarətə gedib gəlmiş şəxs haramxorluq etməz.

Ona inanaraq Hüseyn Cavid prospektində 16 mərtəbəli yaşayış binasında tikinti dayanmasın deyə 24 min manatlıq taxtanı tikinti materialı satan şəxslərdən nisyə alıb vermişəm.

Seymur İsayev saxladığı qadının anasına məxsus, Binəqədidə yerləşən evi mənə təmir etdirib. Təmir işlərinə görə 10 min 600 manat borc yaranıb. Ziya İsmayılzadə adlı şəxsə öz cibimdən 5 min manat borcunu vermişəm.

Həmin pulu da bu gün də mənə qaytarmayıblar. Onun sifarişi ilə “Gilavar” restoranında 12 min manatlıq təmir işlərini aparsam da, bu günə qədər pulumu ala bilməmişəm.

“Vorovski”də Seymur İsayevin sifarişi ilə onunla münasibəti olan digər bir xanımın evində 12 min 500 manatlıq təmir tikinti işləri görmüşəm. Bu işə görə də pulumu ödəməyib.

Hər üç şifahi müqavilə üzrə mənə qarşı 780 min manat dələduzluq ediblər. Bu azmış kimi, mənə qarşı məhkəməyə iddia verərək məndən saxta sənədlər əsasında pul tələb edirlər”.

Bütün bu faktlar, şikayətlərdən sonra Təbriz küçəsində evi sökülənlər və AMEA əməkdaşları ciddi narahatdırlar. Ümidvarıq ki, şirkət sakinlərin problemini həll edəcək. Onların mövqeyini dərc etməyə hazırıq./cumhuriyyet.az

Bu günlərdə redaksiyamıza ilginc məlumat daxil olub. Məlumata görə “Sipark” rəhbəri Seymur İsayev lüt şəkildə qızların videosunu yayan Cahid Kərimovla sıx əlaqəsi var. Mənbə iddia edir ki, onların birlikdə “bu formatlı” tədbirlər təşkil edərək videoqeydiyyata alıblar. Jurnalist etikasına uyğun olaraq məsələ ilə bağlı “Sipark”ın rəsmi mövqeyini öyrənəndən sonra yazını dərc edəcəyik. (afn.az)

Bənzər yazılar

Back to top button