İdman

Neymar geri dönür

Yanvar ayında “Strasburq”la oyunda ayağından ağır zədə alan və həmin vaxtdan oynamayan Neymardan xəbər var.

Fanat.Az xəbər verir ki, iki aydı yaşıl meydanlardan uzaq qalan braziliyalı ulduz məşqlərə başlayır. Müalicəsinin bir hissəsini Braziliyada keçirən Neymar PSJ ilə məşqlərə start verəcək.

Klubdan verilən açıqlamada bildilir ki, müalicə müddətini uğurla keçən futbolçu bu gün ilk məşqə çıxacaq.

Qeyd edək ki, Neymar bu mövsüm 13 çempionat oyununda 13 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button