İdman

“Atletiko”da ciddi itki – “Barselona”ya qarşı oynamaya bilər

“Atletiko”nun futbolçusu Alvaro Morata zədələnib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, La Liqanın 30-cu turunda “Jirona”ya qarşı matçda topuğundan zədə alıb. Bu səbəbdən ispan hücumçu komandasının bugünkü məşqini buraxıb.

İspaniya mətbuatı Moratanın ölkə çempionatının növbəti turunda “Barselona” ilə matçı böyük ehtimalla buraxacağını yazıb.

Qeyd edək ki, “Barselona” – “Atletiko” görüşü aprelin 6-ı keçiriləcək.

Bənzər yazılar

Back to top button