GündəmHadisə

İranda itkin düşən azərbaycanlı tələbənin anası oğlunu axtarmaq üçün İrana gedib

Martın əvvəllərində İranda itkin düşən azərbaycanlı tələbə Fərid Səfərli hələ də tapılmayıb. Bu barədə Turan-a onun anası Dilarə Əsgərova martın 27-də bildirib. Ana oğlunu axtarmaq üçün Tehrana gəlib.

Xatırladaq ki, Fərid Səfərli fevralın 20-də təhsil aldığı Almaniyadan Tehrana gəlib. Martın 4-dən sonra onunla əlaqə kəsilib.

Almaniya polisi onun kompüterini və şəxsi əlaqələrini araşdırır, amma hələlik heç bir bağ tapa bilməyib. Yalnız Fəridin Almaniyada təhsil alan iranlı qızla tanış olduğu və onun ardınca İrana getdiyi məlumdur.

Ananın sözlərinə görə, o, bu qızın telefon nömrəsini tapıb, qız Tehran Tibb Universitetinin sonuncu kursunda oxuyur. “Onun təcrübə keçdiyi klinikanın nömrəsini öyrəndim. Amma oradan mənə dedilər ki, bu qız 20 gündür klinikaya gəlmir. Aydın olurdu ki, məni aldadırlar və həqiqəti gizlədirlər”, deyə qadın bildirib.

Dilarə Əsgərova İranda vəkil tutub və bu ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib. “Hüquq-mühafizə orqanlarının sistemində Fəridlə bağlı məlumat çıxmadı. Bəzi orqanlar isə baxmaqdan imtina etdi. Dedilər ki, Fərid yüngül cəza alsa idi sistemdə onun barəsində məlumat olardı. Ağır cinayətlər sistemdə görünmür. Mən soruşdum ki, ağır cianyət nədir? Dedilər ki, casusluq və sair cinayətlərdir. Bir sözlə, indiyədək Fəridlə bağlı hər hansı məlumat ala bilməmişik”.

Azərbaycanın Təbrizdəki konsulluğundan qadına deyiblər ki, İran hakimiyyəti Fərid Səfərlinin işi ilə bağlı sorğuya cavab verməyib.

Azərbaycan XİN də itkin düşən tələbənin işi ilə bağlı İran hakimiyyətinə nota göndərib.

Bənzər yazılar

Back to top button