İqtisadiyyat

Soğan idxalı rüsumdan azad ediləcək

Azərbaycanda soğan idxalı rüsumdan azad olunacaq, kələm, soğan və kartof ixracına isə rüsum tətbiq olunacaq.

Qaynarinfo-nun məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev “Diqlas” ticarət mərkəzinin yanğından zərər çəkmiş sahibkarlarla görüşü zamanı deyib.

Nazir bildirib ki, ölkədə soğan qiymətlərinin artması ilə əlaqədar monitorinqlər aparılır. Ş.Mustafayev əlavə edib ki, kələm qiymətlərində də artım müşahidə olunur:

“Bu məsələ bizi narahat edir və biz qiymət artımının səbəbini aydınlaşdırmağa çalışırıq”.

Bənzər yazılar

Back to top button