Hadisə

Azərbaycanda bələdiyyə üzvləri barəsində cinayət işi başlandı

Bərdə rayonu, Samuxlu kənd bələdiyyəsinin vəzifəli şəxsləri – Turqut Hüseynov və Eldar Əmirahov barəsində cinayət işi başlanıb.

ONA-nın xəbərinə görə, həmin şəxslər Samuxlu bələdiyyəsinin balansında olan torpaqlarda süni göl yaratmaq məqsədilə müəyyən ərazilərdə qanunsuz qazıntı işləri aparmaqda, bununla da münbit torpaq qatını korlayaraq, təbiətə ümumilikdə 335 min manat məbləğində ziyan vurmaqda təqsirli bilinirlər.

Hər iki vəzifəli şəxs barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bənzər yazılar

Back to top button