İdman

“Şəhərlilər” ÇL-ni məğlubiyyətsiz qazanan 10-cu komandadır – Siyahı

İngiltərə çempionu və Federasiya Kubokunun qalibi olan “Mançester Siti” Çempionlar Liqasının kubokunu qazanan və əsas avrokubok turnirinin bütün mövsümü ərzində bir dəfə də olsun məğlubiyyətə uğramayan 10-cu komandadır.

Yeniavaz.com xəbər verir ki, Xosep Qvardiolanın rəhbərlik etdiyi “şəhərlilər” qrup mərhələsində Almaniyanın “Borussiya Dortmund” (2:1, 0:0), İspaniyanın “Sevilya” (4:0, 3:1) və Danimarkanın “Kopenhagen” (5:0, 0) klubları ilə qarşılaşıb.

Pley-offda Almaniyanın “RB Leypsiq” (1:1, 7:0), ¼ finalda “Bavariya” (3:0, 1:1), yarımfinalda isə İspaniyanın “Real Madrid” (1:1, 4:0) klublarını çempionatdan kənarlaşdırıb.

Finalda “İnter Milan”ı 1:0 hesabı ilə məğlub edən “Mançester Siti” Çempionlar Liqasını məğlubiyyətsiz tamamlayan 10-cu komanda olub.

Bundan əvvəl “Milan”, “Ayaks”, “Liverpul” və “Mançester Yunayted” Çempionlar Liqası mövsümünü iki dəfə, “Bavariya”, “Barselona”, “İnter”, “Marsel” və “Srvena Zvezda” isə bir dəfə məğlubiyyətsiz başa vurub.

Bənzər yazılar

Back to top button