İdman

Salahın etdiyini Holand da bacarmayıb

“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında unikal nəticəyə imza atıb.

Fanat.az xəbər verir ki, Mo 2022/2023 mövsümündən bəri oyun vəziyyətindən (standart vəziyyətlər nəzərə alınmadan) 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu müddət ərzində “qırmızılar”ın 31 yaşlı oyunçusunun etdiyini başqa heç bir futbolçu bacarmayıb. “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne 14, hücumçusu Erlinq Holand isə 12 belə göstərici ilə diqqət mərkəzinə düşüb. Növbəti yerlərdə hərəyə 11 assistlə “Arsenal”dan Bukayo Saka, “Aston Villa”dan Olli Uotkins qərarlaşıblar.

Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un uğurları üçün çalışır.

Bənzər yazılar

Back to top button