Sağlamlıq

BBC: Koronavirusun dərmanı tapıldı

Dünyanı cənginə alan koronavirusun dərmanı tapılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC-yə Böyük Britaniyadan olan tibb mütəxəssisləri bildiriblər.

Kifayət qədər ucuz olan “Deksametazon” (“Dexamethasone”) adlı dərman vasitəsi vəziyyəti ağır olan və süni tənəffüs aparatlarına qoşulan xəstələrin ölüm riskini üçdə birə qədər, oksigen balonuna qoşulanlar üçün isə ölüm riskini 1/5-ə qədər azaldır.

Məlumata görə, dərman ağciyərlərin süni ventilyasiyası cihazına qoşulu olan xəstələrin ölüm ehtimalını 1/3 nisbətdə azaldıb.

BBC-yə danışan mütəxəssislər dərmanın koronavirusa qarşı mübarizədə ümidverici olduğunu bildiriblər.

Tədqiqatçıların sözlərinə görə, əgər adıçəkilən dərman vasitəsi Britaniyada pandemiyanın başlanğıcından bəri xəstələrin müalicəsində istifadə edilsəydi, 5000 nəfərədək insanın həyatını xilas etmək olardı.

“Bu, həm Britaniyada, həm də dünyada COVID-19-a yoluxmuş xəstələri uğurla müalicə etmək üçün yeni yollar axtarışında böyük bir irəliləyişdir. Bu andan etibarən xəstəxanalarda oksigen balonları və ya süni tənəffüs aparatlarına qoşulan insanların sağalması üçün bu dərmanı istifadə edirik”, – deyə Britaniyanın Milli Səhiyyə Xidmətinin tibb direktoru, professor Stephen Povis deyib.

Qeyd olunub ki, bu dərman 2 000 xəstə üzərində təcrübədən keçirilib. Nəticələr təcrübədən keçməyən xəstələrin vəziyyəti ilə müqayisə edilib. Məlum olub ki, ağciyərlərin süni ventilyasiyası cihazına bağlı xəstələrin ölüm riski 40%-dən 28%-ə enib. Oksigenə ehtiyacı olan xəstələrdə isə bu göstərici 25%-dən 20%-ə enib.

Bənzər yazılar

Back to top button